Azərbaycanlı qadın futbolçu  Almaniya klubunda oynayacaq
24 yanvar 2026 18:26 (UTC +04:00)

Azərbaycanlı qadın futbolçu Almaniya klubunda oynayacaq

0

Azərbaycanlı futbolçu Nigar Mirzəliyeva karyerasını Almaniya çempionatında davam etdirəcək. 

Lent.az xəbər verir ki, “Zenit”in sabiq müdafiəçisi Almaniyanın “Hamburq” klubuna keçib. Transfer barədə rəsmi olaraq “Zenit”in mətbuat xidməti məlumat yayıb.

“Mavi-ağ-göylər Nigarın ümumi qələbələrə verdiyi töhfəyə görə ona təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır!” — klubun qadın komandası “Zenit”in teleqram kanalında yayılan açıqlamada deyilir.

Nigar Mirzəliyeva 2023-cü ilin yanvarından “Zenit”də çıxış edib. Onun klubda ümumilikdə 45 oyunu var. Futbolçu komanda ilə birlikdə iki dəfə Rusiya çempionu olub (2023, 2024), Superliqada bürünc medal qazanıb (2025) və ölkə Superkubokunun ikiqat qalibi olub (2023, 2025).

Qeyd edək ki, Nigar Mirzəliyeva 2002-ci ildə Mingəçevir şəhərində doğulub. Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının müdafiəçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar