"Barselona" Çempionlar Liqasının finalında  darmadağın oldu
22 may 2022 09:27 (UTC +04:00)

"Barselona" Çempionlar Liqasının finalında darmadağın oldu

Turində qadınlar arasında Çempionlar Liqasının mükafatçısı müəyyən olunub.

Lent.az xarici mediaya istiinadla xəbər verir ki, ötən mövsümün qalibi ən titullu klub - "Barselona" ilə "Lion"la qarşılaşıb. 

Fransız qadınlar erkən qol vurmağı bacarıblar. Artıq altıncı dəqiqədə Amandin Anri şedevr zərbə ilə ispanların qapısına yol tapıb.


 

“Barselona” özünə gələnə qədər “Lion” qol daha bir vurub. 33-cü dəqiqədə hesab artıq 3:0 Fransa klubunun xeyrinə olub.

İspanlar fasiləyə qədər bir qol vura bilsələr də, bu, meydanda hadisələrin axarını dəyişməyib.

“Lion” üçün bu, tarixdə səkkizinci tituldur. “Lion”un Çempionlar Liqasını qazandığı illər - 2011, 2012, 2016, 2017, 2018, 2019, 2020, 2022.

Xatırladaq ki, kişilər arasında Çempionlar Liqasının finalı bir həftə sonra Parisdə keçiriləcək. Kubok uğrunda “Real” və “Liverpul” komandaları mübarizə aparacaq.

# 20958
avatar

Oxşar yazılar