Məşhur türk aktyorla sevgilisi nişanlandı -FOTO
16 noyabr 2026 10:42 (UTC +04:00)

Məşhur türk aktyorla sevgilisi nişanlandı -FOTO

0

Türkiyənin tanınmış aktyorları Şifanur Gül və Berk Bakioğludan sevindirici xəbər var.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir sevgi münasibəti yaşayan məşhur cütlük evlilik yolunda ilk addımı atıb.

Şifanur Gül və Berk Bakioğlu ailələrinin və yaxınlarının iştirakı ilə keçirilən mərasimdə nişanlanıblar.

Cütlüyün nişan xəbəri Türkiyə şou-biznes gündəmində diqqət çəkib. Şəxsi həyatlarını çox vaxt diqqət mərkəzindən uzaq tutmağa çalışan aktyorların münasibətlərini rəsmiləşdirmək qərarı pərəstişkarları arasında maraq doğurub.

Qeyd edək ki, Şifanur Gül Türkiyənin məşhur televiziya və rəqəmsal platforma layihələrindəki rolları ilə tanınır. Berk Bakioğlu da müxtəlif seriallarda canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.

Cütlüyün toyunun nə vaxt keçiriləcəyi barədə hələlik məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar