Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
06 may 2025 15:06 (UTC +04:00)

Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM

Yetkin kino aktrisası Şarlotta Laviş sosial şəbəkədəki səhifəsində sevgilisi olan "İnter"in ulduzu Markus Tyuramı məişət zorakılığında ittiham edib.

Lent.az xəbər verir ki, o, döyülmə izlərini göstərən səkkiz dəqiqəlik video yayımlayıb və onların futbolçu tərəfindən vurulduğunu iddia edib. Lavişin dediyinə görə, Tyuram Mönhenqladbaxın "Borussiya"sında oynayan zaman onu otağa bağlayaraq, çəkdiyi videonu silməsi üçün ona hücum edib.

Ondan niyə bu hadisədən cəmi 3 il sonra bu barədə danışmaq qərarına gəldiyini soruşanda, Laviş bununla heç bir maddi qazanc axtarmadığını və futbolçunun buna görə cəzalandırılacağına inanmadığını bildirib.

Bu paylaşım sosial şəbəkədə "İnter" üçün vacib oyun ərəfəsində yayılıb. Mayın 6-da İtaliya klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda doğma meydanda “Barselona”nı qəbul edəcək. İlk oyun 3-3 hesabı ilə başa çatıb və Tyuram cavab oyunu üçün komandasının start heyətində yer almalı idi.

Tyuram bu mövsüm bütün yarışlarda 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar