"Lids Yunayted"in futbolçuları son oyundan sonra Çempionşipdən Premyer Liqaya yüksəlmələrini qeyd edərkən, komandadan göndərilması gözlənilən baş məşqçi Daniel Farke şənliklərə qatılmayıb. Bu görüntülər sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, “Lids Yunayted” liqanı 100 xalla Çempionşip lideri kimi başa vurduqdan və Premyer Liqada yerini qazandıqdan sonra çox danışılan səhnələr olub.
Liqanın 46-cı və son həftəsində “Lids Yunayted” səfərdə “Plimut”u 2:1 hesabı ilə məğlub edib. Futbolçular və onların azarkeşləri final fiti ilə bayramlaşarkən baş məşqçi Daniel Farkenin görüntüsü diqqət çəkib.
Komanda və azarkeşlər Premyer Liqaya yüksəlmələrini qeyd edərkən, kameralar qəfildən Daniel Farkeni göstərib və təcrübəli məşqçi ehtiyat oyunçular oturacağında fikirli halda oturaraq çempionluq şənliklərində komandasına qatılmayıb. Farkenin davranışının birbaşa “Lids Yunayted” rəhbərliyinin uzun müddətdir yeni meneceraş məşqçi axtarışı ilə bağlı olduğu şərh edilib. Bu görüntülər xüsusilə İngiltərədə sosial mediada böyük səs-küyə səbəb olub.