Həbsdən qaçıb Azərbaycanda gizlənən  mafioz çempion öldü
06 may 2025 11:52 (UTC +04:00)

Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion öldü

Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Kiyev mütəşəkkil cinayətkar qrupunun keçmiş rəhbəri Viktor Avdışev vəfat edib.

Lent.az-ın məlumatına görə, qeyd olunur ki, 69 yaşlı Avdışev ürək çatışmazlığından dünyasını dəyişib. O, 1978 və 1983-cü illərdə Dünya Çempionatının bürünc mükafatçısı olub.

1989-cu ildə o, Kiyev mütəşəkkil cinayətkar qrupuna rəhbərlik edib. 1995-ci ildə həbs olunsa da, o, Azərbaycana qaça bilib. Həmin il məhkəmə onu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib və o, beynəlxalq axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar