"Barselona" Levandovskinin əvəzləyicisinə  120 milyon təklif etməyə  hazırdır
17 noyabr 2025 18:03 (UTC +04:00)

"Barselona" Levandovskinin əvəzləyicisinə 120 milyon təklif etməyə hazırdır

0

"Barselona" yanvar ayının əvvəlində böyük transferi həyata keçirə bilər.

Lent.az-ın xəbərinə görə, bir neçə İspaniya mediası katalonların "Qalatasaray"ın ulduzu Viktor Osimhen üçün 120 milyon avro təklif etmək planlarını bildirir.

Kataloniya klubu mövsümün sonunda komandadan ayrılacaq Robert Levandovskinin yerinə nigeriyalını transfer etməyi planlaşdırır. Bu, yanvar ayında baş verə bilər.

Həmçinin aydınlaşdırılıb ki, "Barselona"nın əsas hədəfi "Atletiko"dan Xulian Alvares olaraq qalır. Lakin, transferin mümkün olmadığı dərhal aydın olarsa, katalonlar heyəti gücləndirmək üçün digər namizədlərə müraciət edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar