"Barselona" misirli Haalandla  müqavilə imzaladı: 17 yaşlı yeniyetmə kimdir?
01 fevral 2026 18:54 (UTC +04:00)

"Barselona" misirli Haalandla müqavilə imzaladı: 17 yaşlı yeniyetmə kimdir?

0

"Barselona" Afrikanın ən tanınmış yeniyetmə hücumçularından biri ilə müqavilə imzalayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Həmzə Əbdülkərim "Əl-Əhli"dən icarə əsasında Kataloniya klubuna transfer olunub. Oyunçu tibbi müayinədən keçmək üçün yanvarın 31-də Barselonaya gəlib.

"Əl-Əhli"nin futbol direktoru Valid Salah Əl-Din transferi təsdiqləyib:

"Həmzə Əbdülkərim "Barselona"ya transferini başa vurub. Ona uğurlar arzulayıram və ümid edirəm ki, Avropada o qədər uğurlu olacaq ki, bir daha Misirə qayıtmayacaq".

Əbdülkərim cəmi 17 yaşındadır, amma o, artıq "misirli Haaland" adlandırılır və bunun yaxşı səbəbi var:

• 30 oyunda 38 qol

• 12 məhsuldar ötürmə

• 1.88 metr boyu

• güclü, partlayıcı hücumçu

• ardıcıl het-trik edən
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar