Xavi, "Barselona"nın baş məqşçisi
23 may 2024 18:01 (UTC +04:00)

Xavi, "Barselona"nın baş məqşçisi

"Barselona" Xavini istefaya göndərib onu baş məşqçi təyin edəcək - İDDİA

"Bavariya"nın və Almaniya millisinin keçmiş baş məşqçisi Hans-Diter Flik gələn mövsümdən "Barselona"ya rəhbərlik edəcək.

Lent.az bildirir ki, bu barədə "Sky Sport" xəbər verir.

Kataloniya klubunun rəhbərliyi tərəflərin gələcək əməkdaşlıq barədə razılığa gəlməsinə baxmayaraq, ispaniyalı Xavini qovacaq.

Hans-Diter Flik, "Bavariya"nın və Almaniya millisinin keçmiş baş məşqçisi

La Liqanın bu mövsümündə "Barselona" çempionatın bitməsinə bir tur qalmış turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Çempionlar Liqasında 1/4 final mərhələsində PSJ-yə ümumi hesabda (4:6) məğlub olan Kataloniya klubu mübarizədən kənarlaşdırılıb.

Flikin son iş yeri Almaniya millisi olub. Mütəxəssis bundan əvvəl iki dəfə Almaniya çempionu və Çempionlar Liqasının qalibi olan (2019/20 mövsümü) “Bavariya”nı çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Oxşar yazılar