“Barselona”dan  getmək qərarım   dəyişməyib - Xavi
22 fevral 2024 22:45 (UTC +04:00)

“Barselona”dan getmək qərarım dəyişməyib - Xavi

"Barselona"nın baş məşqçisi Xavi klubdan ayrılmaq qərarını dəyişmək niyyətində deyil.

“Gələcəklə bağlı qərarım dəyişmir. Əminəm ki, bu klubun dəyişikliyə ehtiyacı var. İyun ayına hələ bir-iki ay qalıb, amma fikrimcə, qərarım lazım idi. Bu, mənim və klub üçün ən yaxşı qərardır”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Xavi söyləyib.

Xavi yanvar ayında mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. 

25 turdan sonra kataloniyalılar La Liqada 54 xalla lider “Real”dan 8 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.


 

# 3735
avatar

Oxşar yazılar