"Barselona"nın prezidenti Mbappenin “Real”a keçidini   şərh etdi
04 iyun 2024 23:11 (UTC +04:00)

"Barselona"nın prezidenti Mbappenin “Real”a keçidini şərh etdi

"Barselona"nın prezidenti Joan Laporta hücumçu Kilian Mbappenin "Real"a keçidi haqda danışıb.

Lent.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“İstənilən halda, bu çox yaxşı xəbər deyil. Mbappeyə gəlincə, mən öz idman fəlsəfəmizə üstünlük verirəm – öz yetirmələrimizdən komanda formalaşdırmaq. Rəqiblərimizin etdiklərinə hörmət edirəm, amma fəlsəfəmizə sadiq qalıram”, - Laporta vurğulayıb.

İyunun 3-də “Real” Mbappenin transferini rəsmən açıqlayıb.

Futbolçu Madrid klubuna azad agent kimi keçib. Tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb.

25 yaşlı fransız oyunçu 2017-2024-cü illərdə PSJ-də çıxış edib. Komandanın tərkibində o, altıqat Fransa çempionu olub. Bu müddətdə Mbappe 308 matçda 256 qol vurub və 108 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725
avatar

Oxşar yazılar