"Barselona"nın veteranı "Mançester Yunayted"də oynaya bilər
27 oktyabr 2025 10:14 (UTC +04:00)

"Barselona"nın veteranı "Mançester Yunayted"də oynaya bilər

0

"Mançester Yunayted" 37 yaşlı Robert Levandovski ilə maraqlandığını bildirib.

Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, "Mançester Yunayted" polşalı hücumçunu yalnız azad agent kimi transfer etməyi düşünür. "Qırmızı şeytanlar"ın Levandovski ilə müqavilə imzalamaq planı yoxdur.

"Mançester Yunayted" eyni zamanda "Bavariya"nın yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır.

Levandovskinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Müqavilənin uzadılması barədə hələlik məlumat yoxdur.

Bu mövsüm Robert Levandovski bütün yarışlarda 9 oyunda iştirak edib, 4 qol vurub, lakin heç bir məhsuldar ötürmə etməyib. "Transfermarkt" onun dəyərini 10 milyon avro qiymətləndirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar