"Barselona"nın yeni transfer etməməsinin SƏBƏBİ
02 fevral 2023 10:29 (UTC +04:00)

"Barselona"nın yeni transfer etməməsinin SƏBƏBİ

“Barselona”nın direktoru Mateu Alemany qış transfer pəncərəsində niyə heç bir oyunçu ilə müqavilə bağlanılmadığını açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, klub rəhbəri hazırki futbolçulara üstünlük verildiyini dilə gətirib:

“Heç kim transfer olmadı. Amma inanırıq ki, bizdə olan kompozisiya ilə hər şey qaydasındadır. Biz Gavi, Araujo, Markos Alonso və İnyaki Penyanın qeydiyyatına üstünlük verdik”.

Qeyd edək ki, “La liqa”ya 18 oyundan 47 xalla “Barselona” başçılıq edir.

# 1245
avatar

Oxşar yazılar