"Bavariya" Levandovski üçün "Barselona"dan bu qədər pul tələb edir
28 iyun 2022 14:33 (UTC +04:00)

"Bavariya" Levandovski üçün "Barselona"dan bu qədər pul tələb edir

"Bavariya" 33 yaşlı polşalı hücumçu Robert Levandovski üçün "Barselona"dan 60 milyon avro almaq istəyir.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Kataloniya klubu 40 milyon avro təklif edib.

Bir müddət əvvəl Levandovski daha Münhen klubunda oynamaq istəmədiyini bildirmişdi.

Ötən mövsüm polşalı futbolçu “Bavariya”nın heyətində 50 oyun keçirib və 46 qola imza atıb. 35 qolla Levandovski başa çatan Almaniya çempionatının bombardiri kimi tanınıb.

# 1587
avatar

Oxşar yazılar