Bavariyalı vunderkind adını Çempionlar Liqası  tarixinə yazdırdı
10 dekabr 2025 14:38 (UTC +04:00)

Bavariyalı vunderkind adını Çempionlar Liqası tarixinə yazdırdı

0

“Bavariya” Çempionlar Liqasının 3-cü turu çərçivəsində Lissabonun “Sportinq” klubu üzərində həlledici qələbə (3:1) qazanıb.

Lent.az-ın xəbərinə görə, qollardan birini "Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl vurub.

İstedadlı futbolçu turnirin ardıcıl üç oyununda üçüncü qolunu vurub. Karl Çempionlar Liqası tarixində belə bir qol vuran ən gənc oyunçu olub. Oyun günü hücumameyilli yarımmüdafiəçinin 17 yaş 290 günlüyü tamam olub.

Karl bu yay FİFA Klublararası Dünya çempionatında “Bavariya”nın böyüklər komandasında debüt edib. Möhtəşəm futbolçu bu mövsüm bütün yarışlarda 19 oyun keçirib, beş qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. O, 14 yaşında klubun "roten" sisteminə qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar