Kərim Benzema AS-a müsahibə verib.
Lent.az bildirir ki, “Real”ın əfsanəsinə ideal komandasını qurmaq kimi ənənəvi bir çağırış təklif edilib.
Fransız imtina etməyib:
"Qapıçı Manuel Noyer olacaq. Sağ cinah müdafiəçisi Dani Alveş, sol cinah müdafiəçisi Marselo. Mərkəz müdafiəçiləri Pepe və Serxio Ramosdur.
Mərkəzdə üç nəfər var: Pol Poqba, Zidan və Ronaldinyo.
Ön cinahda hücumda braziliyalı Ronaldo olacaq. Cinahlarda isə sağda Lionel Messi, solda isə Kriştiano Ronaldo olacaq".
Benzema belə bir komandada özünə yer tapa bilmədiyi üçün ehtiyat oyunçular arasına düsüb. Kərimin yanına Andres İnyesta və Luka Modriç əlavə olunacaq.
Maraqlıdır ki, Benzemanın heyətində, əvəzedicilər də daxil olmaqla, heç vaxt “Real” və ya “Barselona”da oynamamış yalnız iki oyunçu var: Manu Noyer və Pol Poqba.
Bəs məşqçi kim təyin edilməlidir?