Boksçu döyüşdə uduzduqdan  bir neçə saat sonra öldü
09 iyul 2025 14:15 (UTC +04:00)

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü

Pedro Antonio Rodriqes otel otağında ölü tapılıb.

Meksikalı boksçu Pedro Antonio Rodriqes döyüşündən bir neçə saat sonra dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə gərə, 37 yaşlı boksçu 21 yaşlı amerikalı Filip Velle ilə Feniksdə (ABŞ) baş tutan döyüşdən sonra səhər saatlarında otel otağında ölü tapılıb.

Mübarizə Rodriqesin hakimlərin yekdil qərarı ilə uduzması ilə başa çatıb.

Döyüşdən sonra meksikalı otel otağına qayıdıb və digər boksçularla şam yeməyinə getməyə razılaşıb. Lakin o, otelin foyesində görünməyib. Ertəsi gün səhər boksçunun meyiti otağında tapılıb. Polis onun ölüm səbəbini araşdırır.

Rodriqes həm də Meksika Sosial təminat institutunda (IMSS) çalışıb.

Onun peşəkar rinqdə 15 qələbəsi (7-si nokaut), 26 məğlubiyyəti və üç heç-heçəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar