Bruno Fernandeş Devid Bekhemin 26 illik rekordunu  yenilədi
16 mart 2026 01:37 (UTC +04:00)

Bruno Fernandeş Devid Bekhemin 26 illik rekordunu yenilədi

1

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 30-cu turunda öz meydanında "Aston Villa"nı 3:1 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, qalib komandanın heyətində qolları Kazemiro (53-cü dəqiqə), Mateus Kunya (71-ci dəqiqə) və Benyamin Şeşko (81-ci dəqiqə) vurublar.

Qonaqların yeganə qolunu isə Ross Barkli 64-cü dəqiqədə qapıdan keçirib.

Meydan sahiblərinin yarımmüdafiəçisi Bruno Fernandeş iki məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı futbolçunun cari Premyer Liqa mövsümündə artıq 16 məhsuldar ötürməsi var və o, bununla klub rekordunu yeniləyib. Əvvəlki rekord 1999/2000 mövsümündə Devid Bekhemə məxsus idi.

Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə rekordu Tyerri Anriyə (20; 2002/03 mövsümü) və Kevin De Bröyneyə (20; 2019/20 mövsümü) məxsusdur.

Bu qələbədən sonra "Mançester Yunayted" 54 xalla turnir cədvəlində üçüncü pillədə mövqeyini möhkəmləndirib. "Aston Villa" isə 51 xalla dördüncü yerdə qərarlaşıb.

Hazırda cədvələ "Arsenal" (70 xal) başçılıq edir. Mövsümün başa çatmasına isə səkkiz tur qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 186

Oxşar yazılar