Bu müdafiəçi "Çelsi"ni tərk edir
11 noyabr 2025 17:32 (UTC +04:00)

Bu müdafiəçi "Çelsi"ni tərk edir

0

“Çelsi”nin müdafiəçisi Aleks Disasi yanvar transfer pəncərəsi zamanı komandadan ayrılacaq.

Lent.az xəbər verir ki, 27 yaşlı fransız futbolçu 2025/26 mövsümündə əsas heyətdə oyun imkanı əldə etmir. O, cəmi 71 dəqiqə “gənclər komandası”nın “Reading” üzərində 4:1 hesablı qələbə qazandığı oyunda iştirak edib.

Disasinin “Çelsi” ilə müqaviləsi 30 iyun 2029-cu ilədək qüvvədədir.

Transfermarkt futbolçunun bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar