"Budyo Qlimt" Çempionlar Liqasında ilkə imza atd
18 mart 2026 04:45 (UTC +04:00)

"Budyo Qlimt" Çempionlar Liqasında ilkə imza atd

0

"Budyo Qlimt" futbol klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində ardıcıl altı oyunda start heyətini dəyişməyən ilk klub olub.

Lent.az bu barədə Championat.com-a istinadən xəbər verir.

"Budyo Qlimt" ÇL-nin 1/8 final mərhələsində iki görüşün yekununda "Sportinq"ə 3:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Norveç təmsilçisi daha əvvəl turnirin ümumi mərhələsinin oyunlarında "Mançester Siti"ni 3:1, "Atletiko Madrid"i isə 2:1 hesabı ilə məğlub etmişdi. Pley-off mərhələsində "Budyo Qlimt" iki görüşün cəmində "İnter"ə 5:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, klubun əsas heyətindəki 11 futbolçudan 9-u norveçlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar