Byazi: Oyunda 70-75 dəqiqə qala bilirik
28 mart 2023 06:38 (UTC +04:00)

Byazi: Oyunda 70-75 dəqiqə qala bilirik

İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci qoladək oyunda qaldıq.

Lent.az xəbər verir ki, bunu futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində səfərdə İsveç millisi ilə qarşılaşan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə. Ən əsası 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxarmalıyıq. Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur.

Qeyd edək ki, Stokholm şəhərindəki “Friends Arena”da oynanılan matçda Azərbaycan yığması rəqibinə 0:5 hesabı ilə məğlub olub.

# 1110
avatar

Oxşar yazılar