“Çelsi”nin keçmiş baş məşqçisi bu klubla danışıqlar aparır
30 may 2023 12:38 (UTC +04:00)

“Çelsi”nin keçmiş baş məşqçisi bu klubla danışıqlar aparır

"Brayton" və "Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter "Kristal Pelas"ın başına keçəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki,  “Foot Mercato”nun məlumatına görə, tərəflər danışıqlar aparır.

Yeri gəlmişkən, “Kristal Pelas” bu mövsüm Premyer Liqanı 11-ci pillədə başa vurub.

Potterə gəlincə, o, 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə kimi “aristokratlar”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 31 oyunda 11 məğlubiyyət alıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275
avatar

Oxşar yazılar