Çempionlar Liqası: “İnter” “Atletiko Madrid”ə minimal hesabla qalib gəldi
21 fevral 2024 02:27 (UTC +04:00)

Çempionlar Liqası: “İnter” “Atletiko Madrid”ə minimal hesabla qalib gəldi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Lent.az xəbər verir ki, İtaliya “İnter”i doğma meydanda İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə Niderlandın PSV kollektivi evdə Almaniya nəhəngi “Borussiya Dortmund”la qarşılaşıb. Matç qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 22-də yekun vurulacaq.

# 2532
avatar

Oxşar yazılar