ÇL: "Qalatasaray" və "Real" 1/8 final mərhələsinə yüksəldi - ÜMUMİ NƏTİCƏLƏR
26 fevral 2026 02:44 (UTC +04:00)

ÇL: "Qalatasaray" və "Real" 1/8 final mərhələsinə yüksəldi - ÜMUMİ NƏTİCƏLƏR

0

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinə yekun vurulub.

Lent.az xəbər verir ki, "Yuventus" öz meydanında "Qalatasaray"ı qəbul edib.

İstanbul təmsilçisi 3:2 hesabı ilə məğlub olsa da, ilk oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, ilk matçda "Qalatasaray" "Yuventus" üzərində 5:2 hesablı qələbə qazanmışdı.

"Atalanta" "Borussiya Dortmund"i qəbul edib. "Atalanta" "Dortmund"u 4:1 məğlub edərək 1/8 finala çıxıb.
İlk oyun “Dortmund”un 2:0 qələbəsi ilə başa çatmışdı.

"Real Madrid" (İspaniya) - "Benfika"nı (Portuqaliya) 2:1 məğlub edib (ilk oyun 1:0).

PSJ (Fransa) - "Monako" (Fransa) qarşılaşması isə 2:2 başa çatıb (ilk oyun 3:2).

Beləliklə, “Atalanta”, “Real”, "Qalatasaray" və PSJ 1/8 finala vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar