İtaliya klubunun azarkeşləri məşq bazasına peyin tökdülər
25 fevral 2026 17:59 (UTC +04:00)

İtaliya klubunun azarkeşləri məşq bazasına peyin tökdülər

0

İtaliyanın “Torino” klubunun azarkeşləri komandanın sahibi və prezidenti Urbano Cairo əleyhinə etiraz aksiyası keçiriblər. Fanatlar komandanın məşq bazasının qarşısına peyin töküblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bundan başqa, bazanın hasarından “Kaipro kimi zibildir” məzmunlu banner asılıb.

Azarkeşlərin narazılığı komandanın cari mövsümdəki zəif nəticələri ilə bağlıdır. İtaliya A Seriyasının 26 turundan sonra “Torino” 27 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Komanda 6 qələbə qazanıb, 9 heç-heçə edib və 11 məğlubiyyət alıb.

Fevralın 23-də baş məşqçi Marco Baroninin istefası da rəsmən açıqlanıb. 2025-ci ilin iyunundan komandaya rəhbərlik edən mütəxəssis, İtaliya Kubokunun 1/4 finalında "Inter Milan"a 1:2 hesabı ilə məğlub olduqdan sonra postunu tərk edib.

Urbano Cairo “Torino”ya 2005-ci ildən rəhbərlik edir. Bu müddət ərzində komanda cəmi bir dəfə turnir cədvəlinin yuxarı yarısında mövsümü başa vurub və heç vaxt avrokuboklara vəsiqə qazana bilməyib. Klub sonuncu dəfə 1992/93 mövsümündə İtaliya Kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar