“Qarabağ” Addai ilə yollarını ayırır
25 fevral 2026 16:29 (UTC +04:00)

“Qarabağ” Addai ilə yollarını ayırır

0

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Lent.az apasport.az-a istinadla bildirir ki, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.

Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. “Köhlən atlar” 24 yaşlı futbolçunun komandada saxlamaq niyyətindədir.

Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.

Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar