“Sabah”ın sabiq futbolçusu Coy-Lens Mikkels Azərbaycana geri qayıtmağa qərar verib.
Lent.az-ın məlumatına görə, yarımmüdafiəçi əslində, bu qış Premyer Liqamıza dönməyi planlaşdırırmış.
Lakin o, futbol qaydalarına görə bu istəyini reallaşdıra bilməyib. Belə ki, futbolçuya bir mövsümə yalnız cəmi iki komandada oynamaq hüququ verildiyindən onun qayıdışı ertələnib. Bu səbəbdən, Mikkels yaya qədər gözləməli olub.
Onun ilkin plan olaraq “Sabah”a geri dönmək istədiyi bildirilir. Digər tərəfdən isə, 29 yaşlı futbolçunun xidmətində “Neftçi”nin də maraqlı olduğu iddia olunur.
Hazırda Səudiyyə Ərəbistanı birinci liqasında yarışan “Əl-Faysal”ın formasını geyinən almaniyalı futbolçu mövsümün sonunda oradan ayrılaraq Azərbaycana qayıdacaq.
Xatırladaq ki, Almaniyada dünyaya gələn vinger “Borussiya Münhenqladbax II”, “Şalke II”, “Allemaniya Ahen”, “Karl Zeyts Jena”, “Maastrix” klublarında oynadıqdan sonra 2021-ci ildə “Sabah”a keçmişdi.

Coy-Lens Mikkels Azərbaycana qayıdır
Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19