Cüdoçularımız Avropa çempionatında bir günə 6 medal  qazandı
27 iyun 2025 04:51 (UTC +04:00)

Cüdoçularımız Avropa çempionatında bir günə 6 medal qazandı

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının ilk günündə 6 medal qazanıblar.

Lent.az xəbər verir ki, bu gün 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.

Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar