DÇ-2022: Mərakeş sensasiyaya  imza atdı
06 dekabr 2022 21:54 (UTC +04:00)

DÇ-2022: Mərakeş sensasiyaya imza atdı

DÇ-2022-də 1/8 finalın son oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, mundialın 17-ci günü Mərakeş – İspaniya matçı ilə başlayıb.

Xorvatiya və Belçika kimi rəqiblərlə eyni qrupda birinci yeri tutan afrikalılar növbəti sensasiyanı gerçəkləşdirmək üçün meydana çıxdı. İspaniya isə favoritlərindən olduğu dünya çempionatında daha bir addım atmağa köklənmişdi.

Oyunun əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb.

Qalibi müəyyən etmək üçün penaltilər seriyası oynanılıb.

Burada avropalılardan daha üstün olan Mərakeş yığması növbəti mərhələyə adını yazdıran tərəf olub.

Bu cütün qalibinin rəqibi günün son matçında bəlli olacaq. Həmin görüşdə Portuqaliya və İsveçrə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın əvvəlki üç günündən sonra 1/4 finalın Niderland – Argentina, Fransa – İngiltərə və Xorvatiya – Braziliya cütləri dəqiqləşib.

DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş – İspaniya - 0:0 (penaltilər-3:0)

# 2502
avatar

Oxşar yazılar