De Byazi: Uğur seriyasını davam etdirmək istəyirik
23 mart 2023 23:21 (UTC +04:00)

De Byazi: Uğur seriyasını davam etdirmək istəyirik

Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.

Lent.az xəbər verir ki, bu sözləri “Avro-2024”-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi martın 23-də təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, heyətdə zədəli futbolçularımız var: “Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğur seriyasını davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

# 912
avatar

Oxşar yazılar

"Sevilya" 7-ci dəfə qalib oldu

"Sevilya" 7-ci dəfə qalib oldu

1 iyun 2023 , 02:07
UEFA-dan YENİ QƏRAR

UEFA-dan YENİ QƏRAR

31 may 2023 , 23:30
“Mançester Siti”nin bir mösümdəki  inanılmaz gəliri 

“Mançester Siti”nin bir mösümdəki inanılmaz gəliri 

31 may 2023 , 19:15
Messi ƏSƏBİDİR: “Barselona”dan  təklif gözləyir

Messi ƏSƏBİDİR: “Barselona”dan təklif gözləyir

31 may 2023 , 17:24
“Aston Villa” onun  getdiyini   elan etdi

“Aston Villa” onun getdiyini elan etdi

31 may 2023 , 16:29
ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

31 may 2023 , 15:36
Dünya çempionu  evləndi

Dünya çempionu evləndi

31 may 2023 , 14:36
3 taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəldi -FOTO

3 taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəldi -FOTO

31 may 2023 , 13:18