Dünya çempionu   İtaliya klubuna keçdi
31 yanvar 2023 19:59 (UTC +04:00)

Dünya çempionu İtaliya klubuna keçdi

Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu Florian Toven karyerasını İtaliya çempionatında davam etdirəcək. 

Lent.az bildirir ki, 30 yaşlı futbolçu "Udineze"yə keçib. 

İtaliya klubunun mətbuat xidmətindən verilən məlumata görə, onun müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Tovenin son klubu, yanvarın 23-də müqaviləni ləğv etdiyi Meksikanın “Tiqres”i olub.


 

# 1437
avatar

Oxşar yazılar