Dünyanın ən seksual idmançısı Neymara  MEYDAN OXUDU
27 iyun 2022 16:01 (UTC +04:00)

Dünyanın ən seksual idmançısı Neymara MEYDAN OXUDU

“Busted Coverage” tərəfindən dünyanın ən seksual idmançısı kimi tanınan alman qaçışçı Alisa Şmidt PSJ-nin oyunçusu Neymara meydan oxuyub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yüngül atlet abunəçilərdən onların qaçış yarışı keçirməli olub-olmadığını soruşub.

"Onun çox işi var, amma kim bilir, bəlkə yenə də mənim arxamca qaçacaq",- deyib.

2017-ci ildə Şmidt 20 yaşadək gənclər arasında Avropa çempionatında 4x400 metr estafet yarışında Almaniya millisinin heyətində ikinci yeri tutub. İki il sonra 23 yaşa qədər Avropa çempionatında estafetdə bürünc medal qazanıb.

# 2286
avatar

Oxşar yazılar