"Fənərbağça"nın prezidenti ifadə verdi: NARKOTİK İŞİ
20 dekabr 2025 14:26 (UTC +04:00)

"Fənərbağça"nın prezidenti ifadə verdi: NARKOTİK İŞİ

0

"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Baş Prokurorluqda ifadə verib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, S.Saran İstanbul Cümhuriyyət Baş Prokurorluğunun narkotiklə bağlı apardığı istintaq çərçivəsində şübhəli şəxs qismində ifadəyə çağırılıb.

Məlumata görə, Saranın evində axtarış aparılıb. O, istintaqla bağlı Milandan İstanbula qayıdaraq bu gün səhər saatlarında Çağlayan Ədliyyə Sarayında ifadə verib. İfadə prosesi təxminən 2 saat davam edib.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar