Fransa Futbol Federasiyasının rəhbəri ilə bağlı  SON QƏRAR
31 yanvar 2023 14:56 (UTC +04:00)

Fransa Futbol Federasiyasının rəhbəri ilə bağlı SON QƏRAR

Fransanın Ali təhsil və tədqiqat nazirliyinin auditorları Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrenin son olaraq vəzifəsindən uzaqlaşdırılmasını tövsiyə ediblər.

Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı xəbər verib.

Mənbənin sözlərinə görə, belə bir tövsiyə Federasiyada idarəetmə məsələləri, gender bərabərsizliyi və cinsi zorakılıqla bağlı auditin nəticələrindən sonra verilib. Bundan əvvəl Fransa millisinin bir neçə futbolçusunun maraqlarını təmsil edən futbol agenti Sonya Suid Le Qreni 2014-cü ildə baş verən cinsi təcavüzdə ittiham etmişdi.

Həmçinin, Le Qre Zinəddin Zidanla bağlı diqqətsiz fikirlər səsləndirdikdən sonra, “Zidan ona işlə bağlı zəng etsəydi, telefonu götürməzdi” deyərək üzr istəməyə məcbur oldu.

Hazırda federasiya rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Filip Diallo icra edir.


 

# 1320
avatar

Oxşar yazılar