Gözlənilmədən:   Robert Levandovski və həyat yoldaşı Nyu-Yorka getdilər - Səbəb nə idi?
13 noyabr 2025 12:43 (UTC +04:00)

Gözlənilmədən: Robert Levandovski və həyat yoldaşı Nyu-Yorka getdilər - Səbəb nə idi?

0

Əfsanəvi polyak futbolçu Robert Levandovski və həyat yoldaşı Anna Nyu-York şəhərindəki “Empire State Building”də keçirilən gecənin ulduzları olublar. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Levandovskinin qatıldığı tədbir Polşanın müstəqilliyinin 107-ci ildönümünə təsadüf edib. Mərasimi Nyu-Yorkdakı Polşa Konsulluğu təşkil edib. Oxşar tədbirləri noyabrın 11-də dünyanın hər yerindəki polyak icmaları keçirir.

Ciddi boz rəngli ikiqat sinəli kostyum geyinmiş Levandovski, Polşa bayrağının ağ və qırmızı rənglərində Empire State binasını işıqlandırmaq şərəfinə layiq görülüb. Qeyd etmək lazımdır ki, o, belə bir şərəfə layiq görülən ilk Polşa məşhuru olub.

Tədbirdən sonra Robert Polşa konsulluğunda Polşa Gənc Peşəkarlar təşkilatının üzvləri ilə qapalı görüş keçirib. O, liderlik, intizam və idmançıların ölkələrinin səfirləri kimi rolu barədə müzakirələr aparıb. Daha sonra Levandovski Nyu-Yorkdan Varşavaya uçub və orada yaxın günlərdə 2026-cı il Dünya çempionatı seçmə mərhələsinin son oyunlarını keçirəcək milli komandasına qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar