Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 18:46 (UTC +04:00)

Haaland yayda "Mançester Siti"ni tərk edə bilər

Haaland PSJ və ya “Bavariya”ya keçməyi düşünür, müqaviləsində satın alma opsiyasını həyata keçirməyi planlaşdırır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur norveçli futbolçu Erlinq Haaland gələn ilin yayında “Mançester Siti”ni tərk edə bilər.

O, bu mövsümdənkənar müqaviləsində satın alma opsiyasını tətbiq etməyi düşünür. Onunla maraqlanan klublar kimi PSJ və “Bavariya” klublarının adı çəkilir.

Hesablamalara görə, Haaland yeni komandaya keçərsə, onun transferi 175 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, onun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilə qədərdir və bu, onu klubun ən çox maaş alan oyunçusu edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar