Pley-off mərhələsinin başlamasından əvvəl Premyer Liqa əlamətdar bir nailiyyətlə öyündü: Avropa yarışlarında start götürən doqquz klubun hamısı mübarizəni davam etdirdi.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, amma növbəti mərhələnin ilk oyun onların bir çoxunun Avropa baharından sağ çıxmaq şansını xeyli azaldıb.
Opta superkompüterinə görə, yalnız “Arsenal” (“Bayer” səfərində 1-1) və “Liverpul” (“Qalatasaray” səfərində 0-1) dörddəbir finala çıxmaq üçün yaxşı şansa malikdir. Evdə “Barselona” ilə 1-1 hesablı heç-heçə edən “Nyukasl”ın növbəti mərhələ şansı demək olar yoxdur.
"Mançester Siti" (“Real”a 0:3), "Çelsi" (PSJ-yə 2:5) və "Tottenhem" (“Atletiko”ya 2:5) – bu üçlük artıq Premyer Liqada keçiriləcək daxili qarşılaşmalara hazırlaşa bilərlər.