"İnter"dən "Mançester Siti"yə rədd cavabı
18 may 2022 17:44 (UTC +04:00)

"İnter"dən "Mançester Siti"yə rədd cavabı

"Mançester Siti" gözlərini İtaliya çempionu "İnter"in müdafiəçisi Alessandro Bastoniyə dikib.

Lent.az-ın xarici mediaya istinadla  məlumatına görə, ingilis klubu 23 yaşlı futbolçu üçün 60 milyon avro təklif etsə də, rədd cavabı alıb.

Bastoni bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
 

# 1734
avatar

Oxşar yazılar