İspaniya millisinin keçmiş oyunçusuna ömürlük PENSİYA  - 36 yaşı var
31 yanvar 2026 18:09 (UTC +04:00)

İspaniya millisinin keçmiş oyunçusuna ömürlük PENSİYA - 36 yaşı var

0

“Atletik Bilbao”nun və İspaniya millisinin sabiq futbolçusu Mikel San Xose karyerası ərzində aldığı ağır zədələrə görə məhkəmə yolu ilə ömürlük pensiya almaq hüququ qazanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kataloniya Ali Məhkəməsi sabiq idmançıya əmək qabiliyyətinin itirilməsi səbəbilə aylıq 1600 avro məbləğində pensiya ödənilməsini təsdiqləyib. 

Məhkəmə San-Xosenin 2022-ci ildə karyerasını könüllü şəkildə deyil, tibbi səbəblərə görə başa vurduğunu tanıyıb.

San-Xosedə boyun osteoartrozu, fəqərəarası disk yırtıqları, foraminal stenoz, döş nahiyəsində diskopatiya və bel spondiloartrozu diaqnozları aşkarlanıb. Bu da onun xroniki sağlamlıq problemləri yaşamasına səbəb olub.

Hazırda 36 yaşı olan San-Xose “Atletik”in heyətində ümumilikdə 397 oyunda iştirak edib və 37 qol vurub. O, həmçinin İspaniya milli komandasında 7 oyunda meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar