Kadi Borgesin son vəziyyəti:  İki ay yarım oynamaya bilər
06 noyabr 2025 14:45 (UTC +04:00)

Kadi Borgesin son vəziyyəti: İki ay yarım oynamaya bilər

0

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin son vəziyyəti bilinib.

Lent.az  “Qarabağ” klubuna istinadən xəbər verir ki, oyundan dərhal sonra Kadi Borges müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar