"Rostov"un keçmiş futbolçusu və məşqçisi Valeri Sinau vəfat edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, b barədə klubun rəsmi saytı məlumat yayıb.
"Rostov Futbol Klubu Valeri Nikolayeviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - komandanın bəyanatında deyilir.
Mütəxəssisin ölüm səbəbi məlum deyil. Onun 78 yaşı var idi.
O, OİK , “Avtomobilist”, Moskvanın “Lokomotiv” və “Rostov” klublarında oynaması ilə tanınır. Sonra mütəxəssis 1982-1990-cı illərdə klubda çalışıb, daha sonra 2011-ci ildən seleksiyaçı məşqçi kimi fəaliyyət göstərib.