“Liverpul” Çempionlar Liqasının beşinci turunda PSV Eyndhovenə darmadğınla (1:4) məğlub olub.
Oyun “Liverpul”un ev stadionunda keçirilib.
Lent.az bildirir ki, Qələbə qollarını İvan Perişiç (6-cı dəqiqə, penalti), Qus Til (56-cı dəqiqə) və Kouhaib Driuh (73, 90+1 dəqiqələrdə) vurub. Məğlubların heyətində 16-cı dəqiqədə Dominik Şoboslai fərqlənib.
Opta Sport statistika portalına görə, “Liverpul” 1953-cü ilin dekabr ayından bəri ilk dəfə bütün yarışlarda ardıcıl üç oyunda üç və ya daha çox qol fərqi ilə uduzub.
Bundan əvvəl Premyer Liqada mersisaydlılar “Nottinqem Forest” və “Mançester Siti”nin hər birinə 3-0 hesabı ilə məğlub olublar.
1953-cü il dekabrın 12-dən 25-dək "qırmızılar" İngiltərə liqa oyunlarında ardıcıl üç məğlubiyyətə uğrayıblar – “Portsmut” (1-5), “Mançester Yunayted” (1-5) və “Vest Bromviç Albion”a (2-5).
"Liverpul" Çempionlar Liqasında 9 xalla 13-cü yerdədir. Növbəti oyun günündə "mersisaydlılar" dekabrın 9-da səfərdə "İnter"lə qarşılaşacaqlar.