"Liverpul"dan Avropa çempionatları üçün unikal NAİLİYYƏT
22 fevral 2024 10:48 (UTC +04:00)

"Liverpul"dan Avropa çempionatları üçün unikal NAİLİYYƏT

“Liverpul” bu mövsüm Avropanın ən yaxşı beş liqasında beş oyunçunun bütün yarışlarda on və ya daha çox qol vurduğu ilk komandadır. Bu barədə “Opta Sport” məlumat yayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Luton”a qol vuran Luis Diaz cari mövsümdə 10 qol səviyyəsinə çatan beşinci “Liverpul” futbolçusu olub. Diazdan əvvəl bunu Mohamed Salah (19 qol), Dioqo Jota (14), Darvin Nunes (13) və Kodi Gakpo (11) edib.

Hazırda keçirilmiş 26 Premyer Liqa oyunundan sonra “Liverpul” 60 xalla Premyer Liqa turnir cədvəlində birinci yerdədir. Mersisaydlılar “Mançester Siti”ni 4 xal qabaqlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3909
avatar

Oxşar yazılar