“Liverpul”un keçmiş baş məşqçisi Brendan Rocers Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" klubunda eyni vəzifəni icra etməyə başlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubun rəsmi saytında yayılan məlumata görə, onunla müqavilə iki il yarım müddətinə bağlanıb.
52 yaşlı şimali irlandiyalı məşqçinin son klubu 2025-ci ilin oktyabr ayının sonunda ayrıldığı Şotlandiyanın "Seltik" klubu olub.
Brendan Rocers 2012-ci ildən 2015-ci ilə qədər "Liverpul"u çalışdırıb və 2014-cü ildə İngiltərə Premyer Liqasında ikinci yeri tutub.