“Liverpul”un sabiq futbolçusu komandasını dəyişir
30 yanvar 2023 21:37 (UTC +04:00)

“Liverpul”un sabiq futbolçusu komandasını dəyişir

“Liverpul”un sabiq futbolçusu Conco Şelvi “Nottinhem Forest”ə keçir.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, onun keçidi ilə bağlı razılıq əldə olunub.

Hazırda “Nyukasl”da çıxış edən 30 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra müqavilə imzalayacaq. O, 2016-cı ilin yanvarından “Nyukasl”ın formasını geyinir.

Qeyd edək ki, Şelvi 2010-13-cü illərdə “Liverpul”da oynaması ilə tanınır. O, İngiltərə yığmasında 6 matç keçirib.

# 1503
avatar

Oxşar yazılar