"Mançester Siti"nin türk əsilli futbolçusu evləndi - FOTO
18 may 2022 12:46 (UTC +04:00)

"Mançester Siti"nin türk əsilli futbolçusu evləndi - FOTO

"Mançester Siti"nin türk əsilli alman futbolçusu İlkay Gündoğan sosial media hesabında sürpriz nikahla evləndiyini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Danimarkanın paytaxtı Kopenhagendə model Sara Arfaoui ilə evlənən İlkay Gündoğan ötən gün təyyarəyə ilə İngiltərəni tərk edib.

Evlilik xəbəri yayılandan sonra Sara Arfaoui verdiyi açıqlamada "Evləndik və xoşbəxtik... Gizli qalmasını istədik, amma ərimlə bağlı saxta xəbərlər çıxandan sonra həqiqəti paylaşmaq istədik”, - yazıb.

İlkay Gündoğan da bir müddət birlikdə olduğu Sara Arfaoui ilə İstanbul, Çeşmə, Bodruma da gəlib.


 

# 1356
avatar

Oxşar yazılar