“Mançester Yunayted” qarşıdakı yay transfer pəncərəsində qeyri-adi bir transfer həyata keçirməyə hazırlaşır.
Lent.az xəbər verir ki, planlaşdırılan transfer layihəsi “Elite Brand” (Elit Brend) adlanır. Layihənin məqsədi hazırda yüksək səviyyəli oyun göstərən bir futbolçunu komandaya cəlb etməkdir.
Qeyd olunur ki, “qırmızı şeytanlar” bu transfer vasitəsilə “futbol dünyasını oyatmaq” istəyirlər.
İngiltərə çempionatında 29 turdan sonra “Mançester Yunayted” 51 xal toplayaraq 3-cü pillədə qərarlaşıb. Komanda 30-cu turda “Aston Villa” ilə qarşılaşacaq.