“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 200 funt sterlinq cərimələnə bilər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Haaland mobil telefondan istifadə edərək avtomobil idarə edərkən görüntülənib. Böyük Mançester polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Əgər norveçli günahkar bilinərsə, o zaman yol hərəkəti qaydalarını pozduğuna görə onu 200 funt sterlinq məbləğində cərimə və 6 cərimə balı gözləyir. Sürücülük təcrübəsi iki ildən azdırsa, sürücü bir müddətlik vəsiqəsini itirə bilər.
22 yaşlı hücumçu bu mövsüm "Mançester Siti"nin heyətində 37 oyuna çıxıb, 42 qol vurub və 5 məhsuldar ötürmə edib.