Mauro İkardidən "Qalatasaray"la bağlı  sürpriz   QƏRAR - qayıtmaq  istəyir
05 oktyabr 2026 19:21 (UTC +04:00)

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR - qayıtmaq istəyir

0

"Qalatasaray"la müqaviləsi başa çatan və o vaxtdan bəri başqa heç bir klubla müqavilə imzalamayan Mauro İkardinin sürpriz bir qərar verdiyi iddia edilir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bildirilir ki, argentinalı ulduz komandaya qayıtmaq istəyini bildirən bir mesaj göndərib.

Son illərdə Super Liqanın ən uğurlu əcnəbi futbolçularından biri olan Mauro İkardi, "Qalatasaray"la müqaviləsini ləğv etdikdən sonra hazırda klubsuzdur. Argentinalı ulduz hazırda heç bir komanda ilə müqavilə imzalamadan fərdi məşq edir.
  
Transfer pəncərəsi dövründə adı bir çox klubla hallanan İkardinin adıxüsusilə "Latsio" və "Tottenhem"lə bağlı hallansa da, transfer baş tutmayıb. İkardi əvvəllər İspaniya La Liqa komandalarına da təklif olunub, lakin bu klublar hələlik konkret addımlar atmayıb.

Məlumata görə, Mauro İkardi "Qalatasaray"a qayıtmaq istəyir. Argentinalı ulduz sarı-qırmızılı forma ilə keçirdiyi illər üçün darıxdığını və yenidən Super Liqada oynamaq istədiyini bildirib.

İkardi "Qalatasaray"da 4 mövsümdə 134 oyuna çıxıb, 77 qol vurub, 25 məhsuldar ötürmə edib. Bu müddətdə o, “Qalatasaray”la 4 Super Liqa, 1 Türkiyə Kuboku və 1 Türkiyə Superkuboku çempionu olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar