Mbappe 11 metrlik zərbəni vura bilmədi, azarkeşin ürəyi partlayıb öldü
01 noyabr 2025 17:51 (UTC +04:00)

Mbappe 11 metrlik zərbəni vura bilmədi, azarkeşin ürəyi partlayıb öldü

0

Madriddə keçirilən “Real” – “Barselona” oyununda İsrail əsilli “Real” azarkeşi İqal Brodkın dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kilyan Mbappenin penaltini boşa verməsindən sonra baş verib. Penaltidən dərhal sonra Brodkın huşunu itirib. Bəzi azarkeşlər oyunu dayandırmaq məqsədilə baş verənə diqqət çəkməyə çalışıblar. “Real”ın qapıçısı Tibau Kurtua hakimə yaxınlaşıb və vəziyyəti izah edib, lakin hakim oyunu davam etdirməyə qərar verib.

“Real” oyunu 2:1 hesabı ilə qazanıb.

Hazırda Madrid klubu La Liqanın turnir cədvəlinə 27 xalla başçılıq edir. Kataloniyalılar isə 22 xalla ikinci pillədə qərarlaşıb. Növbəti İspaniya çempionatı oyununda (1 noyabr) “Real” evdə “Valensiya” ilə qarşılaşacaq, “Barselona” isə ertəsi gün öz meydanında “Elçe”ni qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar